Sevda İmanovanın dissertasiyasının ilkin müzakirəsi keçiriləcək

13 iyul 2022-ci il tarixində saat 15.00-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının 5801.01Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasının elmlər doktoru proqramı üzrə dissertantı Sevda Rafiq qızı İmanovanın “İngilis dilinin tədrisində tələbələrdə mədəniyyətlərarası səriştənin formalaşdırılması və qiymətləndirilməsinin nəzəri-praktik problemləri” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya ilə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasında tanış olmaq olar.
[email protected] [email protected]