XƏBƏRLƏR

“Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda konfrans - ELAN

22 iyul, 2021

Hörmətli həmkarlar,

28-29 oktyabr 2021-ci il tarixində Sumqayıt Dövlət Universitetində “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın bölmələri:

1.Milli-mədəni özünəməxsusluq: folklor, ədəbiyyat, tarix və din aspektləri

2.İnsan və cəmiyyət məsələləri Nizami Gəncəvi yaradıcılığında

3.Mədəniyyətlərarası kommunikasiya: qarşılıqlı əlaqələrin ictimai-psixoloji, etik və koqnitiv xüsusiyyətləri

4.Dünyanın dil mənzərəsi: sosial və linqvistik məsələlər

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağızın ölçüsü–A4, boş sahə–hər tərəfdən 2sm, şrift–Times New Roman, şrift ölçüsü– 12pt, sətirarası interval–1,15 sm, abzas–1,25 sm, məqalənin adı–ortadan, böyük hərflərlə, qalın şriftlə, müəllifin adı, soyadı, atasının adı– ortadan, qalın şriftlə, iş yeri, şəhər, ölkə– ortadan,kursivlə, e-poçt ünvanı–ortadan kursivlə, açar sözlər (5-7 söz)– Azərbaycan, ingilis, rus dillərində, xülasə (60-80 söz)– Azərbaycan, ingilis, rus dillərində, həcmi– 5 səhifəyə qədər, ədəbiyyata istinadlar–kvadrat mötərizədə, ədəbiyyat siyahısı–əlifba sırası ilə.

Konfransın materialları Antiplagiat sistemində yoxlandıqdan sonra “SDU.Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrəsi: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line) çap olunaraq https://www.ssu-conferenceproceedings.edu.az , https://www.sdu.edu.az saytlarında və REİİ-nin eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir.

Materiallar 15 sentyabr 2021-ci il tarixinədək [email protected] elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur: AZ5008. Sumqayıt şəh., 16-cı məhəllə, SDU (III tədris korpusu), Filologiya fakültəsi, Xarici dillər kafedrası (aud. 217).

Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul edilir.

Əlaqələndirici şəxs –prof.isgəndərova Nigar Vəliş qızı

            Əlaqə telefonu: (+994)503396478

                                  (+99418)6553666