Səadət Əliyevanın dissertasiya işinin müdafiəsi keçiriləcək
03 may, 2021

31 may 2021-ci il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Universitetinin Azərbaycan filologiyası və jurnalistika kafedrasının dissertantı Səadət Namiq qızı Əliyevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
ED 2.12 Dissertasiya Şurası