XƏBƏRLƏR

Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək

19 mart, 2021

20 aprel 2021-ci il tarixində saat 13.30-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının sabiq dissertantı Aydan Vəfadar qızı Əliyevanın “İtalyan və Azərbaycan dillərində ictimai-siyasi mətnlərin linqvokulturoloji tədqiqi” mövzusunda filologiya üzrə fəlsəfə doktoru (5714.01­--Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası) elmi dərəcəsi almaq təqdim etdiyi dissertasiya işinin online qaydada ilkin müzakirəsi keçiriləcəkdir. Müzakirə İngilis dilinin leksikologiyası və üslubiyyatı (FF) kafedrası və Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının birgə təşkilatçılığı ilə keçiriləcəkdir.

Dissertasiya ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı (FF) kafedrası və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasında tanış olmaq olar.         

[email protected] 

[email protected]