KİTABXANA

YENİ ELEKTRON DƏRSLİK

YENİ  ELEKTRON  DƏRSLİK

 

ADU-nun Təhsil  1 fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedraslnın professoru, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov müəllifi olduğu “Language and Culture,” (Coursebook for master"s degree) kitabın fiziki və elektron variantını kitabxanaya bağışlamışdır. PDF variantı e- kitabxanaya daxil edilmişdir.

( müəlliflik hüququ qorunmaq şərti ilə)

 

Hörmətli Fikrət müəllim!

Kitabxananın rəqəmsal fonduna hədiyyə etdiyiniz e- kitabınıza görə sizə kitabxana rəhbərliyi adından təşəkkür edirik. Ümüdvarıq ki, kitabxanaya doğma münasibətiniz ADU-un müəllim və proffessor heyyəti arasında bir ənənəyə çevriləcək.

 

Oxucuların nəzərinə!

 

ADU-n professoru Fikrət Cahangirovun müəllifi olduğu " Language and Culture"( Coursebook for master's degree).- Baku: Mutarjim, 2019.168 p.adlı kitabı nəşr olunmuşdur.

“LANGUAGE and CULTURE”("Dil və mədəniyyət") kitabı ingilis dilində çap olunub.

Kitabın elmi redaktoru akademik, əməkdar elm xadimi Kamal Abdullayevdir.

Rəyçilər filologiya elmləri doktoru, professor Azad Məmmədov və filologiya elmləri doktoru, professor İlham Tahirovdur.

XIX əsrdən başlayaraq indiyə qədər dil və mədəniyyət arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsir problemi dilçilikdə əsas problemlərdən biri olaraq qalır. Həmin problemin həllində ilk cəhdlər V.Humboldtun əsərlərində edilmişdir. Onun konsepsiyasının əsas müddəaları bundan ibarətdir ki, 1) maddi və mənəvi mədəniyyət dildə təcəssüm edir, ifadə olunur; 2) hər bir mədəniyyət millidir, onun milli xarakteri xüsusi dünyagörüşü vasitəsilə dildə ifadə olunur, dilə hər bir xalq üçün spesifik olan daxili forma xasdır; 3) dilin daxili forması - xalq ruhunun, onun mədəniyyətinin ifadəsidir. V.Humboldtun konsepsiyası A.Potebnya, Ş.Balli, İ.Buduen de Kurtene, R.Yakobson və s. tədqiqatçıların əsərlərində özünəməxsus şəkildə interpretasiya olunmuşdur.

Dil və mədəniyyət kommunikasiya proseslərində, ontogenez və filogenezdə qarşılıqlı əlaqədədir. Dil və mədəniyyətin nisbəti, qarşılıqlı əlaqəsi və təsiri çox mürəkkəb olmaqla yanaşı, eyni zamanda çox aspektli səciyyə daşıyır. Bu günə qədər həmin mövzuya xeyli yanaşma metodları mövcuddur və bu yanaşma metodları gündən-günə dəyişir, inkişaf edir. Həmin yanaşma metodlarının ümumiləşdirilib tədris prosesinə inteqrasiya edilərək tələbələrə öyrədilməsi vacib məsələlərdən biridir. Bu baxımdan professor Fikrət Cahangirovun ali məktəblərin magistratura səviyyəsi üçün təqdim etdiyi “Language and Culture”("Dil və mədəniyyət") dərsliyinin meydana çıxması tamamilə təbiidir.

Dərslik giriş, 18 mövzu və tövsiyə edilən ədəbiyyat siyahısından ibarətdir.

Dilçilikdə paradiqmaların dəyişməsi, biliklrin yeni paradiqması və burada dil və mədəniyyətin yeri, dil və mədəniyət probleminin tədqiqi tarixinə baxış, dünyanın konseptual və dil mənzərəsi, dilin mahiyyətinin linqvokulturoloji təhlili, linqvistik antropologiyanın əsasları, dil və mədəni kimlik, sosial seqmentləşmə və linqvistik variasiya: siniflər və irqlər və s. mövzular üzrə təqdim edilən məsələlər maraq kəsb edir, dil və mədəniyyət problemlərinin sadə və anlaşıqlı dildə tələbələrə öyrədilməsini təmin etməyə xidmət edir.

Hər bir xalqın mədəniyyətinin birincidərəcəli komponenti dil mədəniyyətidir ki, buraya bu və ya digər insanlar, yəni dil daşıyıcıları tərəfindən həyatın müxtəlif fəaliyyət sahələrində dildən istifadə, dilə baxışın xüsusiyyətləri, dünyanın dil mənzərəsi və s. məsələlər daxildir. Bunları nəzərə alan müəllif dərsliyə dil mədəniyyətinin müxtəlif aspektlərinə - danışıq dili, şifahi mədəniyyət, danışıq mədəniyyəti, danışıq dili postulatları, çap dili, yazı mədəniyyətinə dair materiallar daxil etmişdir.

Dərsliklə tanışlıq onu deməyə əsas verir ki, buraya dil və mədəniyyətin qarşılıqlı əlaqəsi və bir-birini zənginləşdirməsinə dair geniş əhatəli məsələlər daxil edilmiş, mövzularla bağlı anlayış, konsept və terminlərin izahı verilmişdir.

 

Bu kitabı kitabxananın oxu zallarında hər iki variantda istifadə edə bilərsiniz. Mövcud vəziyyətlə əlaqədar olaraq adı çəkilən e- kitabın istifadəsi üçün:

 

      Qlobal giriş linki

http://217.64.17.124:8080/xmlui/handle/123456789/1052

 

        Universitet daxili

http://10.255.255.102:8080/xmlui/handle/123456789/1052

Yaxud: www. adu. edu.az// kitabxana DSpace reqemsal Arxiv

Nəzərdə tutulan vəsait ilk dəfə 2009-cu ildə oxuculara təqdim edilmişdir. Həmin vəsait əsasən abituriyentlər üçün nəzərdə tutulduğu üçün qrammatik qaydalar Azərbaycan dilində verilmişdir. Bu vəsaitdə qrammatik qaydalar sadələşmiş asan şəkildə ingilis dilində oxuculara çatdırılır. Hər iki dil arasında mövcud olan fərqləri nəzərə alaraq bəzi hallarda bu və ya digər dil nümunələrinin Azərbaycan dilində qarşılığı verilir. Vəsaitdəki qrammatik material əsasən proqram tələblərinə cavab verir. Vəsaitdən yalnız ingilis dili öyrənən universitet tələbələri yox, eyni zamanda orta məktəb müəllimləri, eləcə də ingilis dilinin qrammatik quruluşu ilə maraqlanan hər bir şəxs maraqlana bilər

Qlobal giriş linki

http://217.64.17.124:8080/xmlui/handle/123456789/1050

Universitet daxili

http://10.255.255.102:8080/xmlui/handle/123456789/1050

Yaxud: www. adu. edu.// kitabxana DSpace reqemsal Arxiv

Hörmətli müəlliflər!

Kitabxananın rəqəmsal fonduna hədiyyə etdiyiniz e- kitabınıza görə sizə kitabxana rəhbərliyi adından təşəkkür edirik. Ümüdvarıq ki, kitabxanaya doğma münasibətiniz ADU-un müəllim və proffessor heyyəti arasında bir ənənəyə çevriləcək.