Jil Otye. Paris Qabaqcıl Tədqiqatlar İnstitutunun professoru. Xınalıq dilinin mənşəyi haqqında: yeni istiqamətlər. (9 dekabr, 2022. Saat:12.00. ADU, Amerika Mərkəzi)

Jil Otye (Gilles Authier)
Paris Qabaqcıl Tədqiqat İnstitutunun (EPHE) professoru
Mövzu: Xınalıq dilinin mənşəyi haqqında: yeni istiqamətlər (On the origins of Khinalug: new directions.)
(9 dekabr, 2022. Saat:12.00. ADU, Amerika Mərkəzi)
Jil Otye Paris Qabaqcıl Tədqiqatlar İnstitutunun Qafqaz dilləri və filologiyası üzrə professorudur. Qafqaz dilləri (Azərbaycan və Dağıstan dilləri) üzrə aparıcı mütəxəssis kimi, prof. Otye 2009-cu ildə qrız dilinin və 2012-ci ildə yəhudi-tat dilinin ümumi qrammatikasını yazmışdır. O hal-hazırda Azərbaycanda danışılan buduq və rutul dillərinin qrammatikası və Dağıstanın linqvistik variativləri üzərində işləyir.