Vüsalə Əliyeva və Səbinə Əliyevanın dissertasiya işinin seminarı keçiriləcək
27 oktyabr 2022-ci il tarixdə saat 12.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi BED 2.12/1 olan Birdəfəlik şuranın 5709.01 – Roman dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının doktorantı Vüsalə Fikrət qızı Əliyevanın 5709.01 – Roman dilləri ixtisasında “Müasir fransız dilində psixoemosional məzmunlu frazeoloji vahidlərin struktur-semantik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin seminarı keçiriləcəkdir.
* * *
27 oktyabr 2022-ci il tarixdə saat 13.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi BED 2.12/1 olan Birdəfəlik şuranın 5709.01 – Roman dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri kafedrasının doktorantı Səbinə Xaqani qızı Əliyevanın 5709.01 – Roman dilləri ixtisasında “Roman dillərində samitlərin fonotaktikası” mövzusunda təqdim etdiyi dissertasiya işinin seminarı keçiriləcəkdir.
Dissertasiya Şurası