ELMİ-TƏDQİQAT

Sevil Rəcəbovanın dissertasiya işinin seminarı keçiriləcək

27 may 2022-ci il tarixdə saat 14.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər  Universitetinin İngilis dilinin qrammatikası kafedrasının dissertantı Sevil Mədət qızı Rəcəbovanın  5708.01 - German dilləri ixtisasında “MÜASIR İNGİLİS DİLİNDƏ POSTNOMİNAL SİFƏTLƏRİN SEMANTİK-KOQNİTİV XÜSUSİYYƏTLƏRİ” mövzusunda  təqdim etdiyi dissertasiya  işinin seminarı keçiriləcəkdir.