ELMİ-TƏDQİQAT

Şücaət Kərimovanın dissertasiya işinin seminarı keçiriləcək

28 oktyabr 2021-ci il tarixdə saat 16:30-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının dissertantı Şücaət Məşrif qızı  Kərimovanın 5708.01 - German dilləri ixtisasında “İngilis dilində çoxmənalı sözlərin leksik-qrammatik xüsusiyyətləri” mövzusunda  təqdim etdiyi dissertasiya  işinin seminarı keçiriləcəkdir.