ELMİ-TƏDQİQAT

Səyyarə Əliyeva və Lalə İsayeva dissertasiya işlərini uğurla müdafiə ediblər

20 sentyabr 2021-ci il tarixində  ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasında Səyyarə Tahir qızı Əliyeva  5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə  “Doris Lessinq yaradıcılığında Şərqin təsiri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.

* * * 

20 sentyabr 2021-ci il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasında Lalə Şahin qızı İsayeva 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə “İngilis ədəbiyyatında Şərq konsepsiyası (Ceyms Moriyerin yaradıcılığı əsasında)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.