ELMİ-TƏDQİQAT

Şücaət Kərimovanın dissertasiya işinin seminarı keçiriləcək

14 sentyabr 2021-ci il tarixdə saat 12.00-da ADU-nun nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya Şurasının 5708.01- German dilləri ixtisası üzrə Elmi seminarın iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər kafedrasının  dissertantı Şücaət Məşrif qızı Kərimovanın 5708.01 - German dilləri ixtisasında “İngilis dilində çoxmənalı sözlərin leksik-qrammatik xüsusiyyətləri”  mövzusunda  təqdim etdiyi dissertasiya  işinin seminarı keçiriləcəkdir.

Dissertasiya Şurası