İnklüziv Təhsil Mərkəzi

İnklüziv təhsilə dəstək tədbiri keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə “21 Mart – Daun Sindromu Maarifləndirmə Günü”nə həsr olunmuş “Xoşbəxt Xromosom” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Korreksiyaedici təlim ixtisasının tələbələrinə Daun sindromunun yaranma səbəbləri, əlamətləri və növləri haqqında geniş məlumat verilib. Həmçinin, Daun sindromlu uşaqların valideynləri ilə iş və onların cəmiyyətə inteqrasiyası mövzusunda müzakirələr aparılıb.

Tədbiri İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova və mütəxəssis Nərmin Mərdanova giriş nitqi ilə açaraq, Daun sindromu haqqında maarifləndirmənin vacibliyini vurğulayıblar. Tədbir çərçivəsində Daun sindromlu şəxslər üçün inklüziv təhsil sahəsində görülən işlər və gələcək perspektivlər barədə də ətraflı məlumat verilib.

Tədbir iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə yekunlaşıb.