İnklüziv Təhsil Mərkəzi

ADU-nun Açıq Təhsil Mərkəzində təlimlər keçirilir

Azərbaycan Dillər Universitetində (ADU) payız semestrinin ilk günlərindən etibarən Açıq Təhsil Mərkəzi öz işini davam etdirir. Ali məktəbin tələbə və müəllimlərinə mövzuların aktuallığı və dinləyicilərin təklifləri ilə müəyyənləşdirilmiş təlimlər, seminarlar təklif edilir. “Ekoversitet” Produktiv Təhsil Mərkəzinin rəhbəri Alyat Hacımuradovanın "Rus dili və digər xarici dillərin tədrisi təcrübəsində müasir Rusiya təhsilinin trendləri" kursunun məqsədi dillərin tədrisində müasir layihə texnologiyalarının tətbiqidir.

 Gələcək müəllimlər bir həftə ərzində Rusiya təhsil təcrübəsində innovasiya texnologiyalarının istifadəsi təcrübəsini təhlil edəcək, dillərin öyrədilməsinin səmərəli üsullarını mənimsəyəcək, şagirdlərin şəxsi potensiallarının müəyyənləşdirilməsinə xidmət edən müxtəlif  tapşırıqlar yerinə yetirəcəklər.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Açıq Təhsil Mərkəzi 2024-cü ilin iyununda açılıb. Burada Rusiya Təhsil Nazirliyinin və “Mənim tarixim” fondunun dəstəyi ilə müəllimlərin peşə kompetensiyalarının formalaşdırılması və inkişafı üçün çoxplanlı fəaliyyətlər həyata keçirilir.