İnklüziv Təhsil Mərkəzi

ADU-nun pedaqogika kafedrasının müəllimi Könül İbadovanın 2024-cü ilin fevral – may aylarında keçirilən pedaqoji təcrübə müddətində tələbələrin təşkil etdikləri tədbirlərə dair H E S A B A T I

ADU-nun pedaqogika kafedrasının   müəllimi  Könül İbadovanın

2024-cü ilin fevral – may aylarında keçirilən  pedaqoji təcrübə müddətində tələbələrin təşkil etdikləri tədbirlərə dair

 

H E S A B A T I

 

     2024-cü ilin fevral-may aylarında Bakının Binəqədi rayonundakı məktəblərdə pedaqoji təcrübə keçən ADU tələbələri müxtəlif  tədbirlər təşkil etmişlər. Belə ki, Elşad Həmidov  adına 267.№-li tam orta məktəbdə Təhsil 2 fakültəsinin 424 a,b  qrupunun tələbələri 6ç, 8b, 8c ,9a sinif şagirdləri ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyevin  101 illiyi” adlı tədbir keçirmişlər. Tədbirdə şagirdlər    H.Əliyevin  həyatı   haqqında məlumat verilmiş, ona həsr olunmuş videoçarx təqdim olunmuşdur . 8 c, 8b,6ç sinif şagidləri tərəfindən şeirlər səsləndirilib mahnılar oxunmuş, pianoda musiqi parçaları ifa edilmişdir.  Şagirdlərin və tələbələrin ifasında “Sən elə bir zirvəsən !”adlı  mahnı  ifa olunmuşdur.

    Tədbirdə məktəb kollektivi üzvlərindən  məktəbin direktoru Rəna Ağazadə  , tərbiyə işi üzrə təşkilatçı Sevda Vəliyeva  da iştirak etmişlər.

  Pedaqoji təcrübənin son həftəsində 246№-li tam orta məktəb-liseyin tələbələri  tərəfindən Zəfər günü ilə bağlı“ Biz qayıtmışıq  !”adlı tədbir keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 

 m.İbadova Könül