ADU-nun tələbələri Autizm Mərkəzində olublar

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə təhsil alan tələbələri Autizm Mərkəzində olublar.
Magistrantlar P.ü.f.d Səbinə Rüstəmovanın təşəbbüsü ilə Autizm Mərkəzində təlimə cəlb edilmiş uşaqların korreksiya prosesini izləyib, dərsdə öyrəndikləri nəzəri biliklərlə bağlı müzakirələr aparıblar.
Həmçinin, ABA əsaslı öyrənmədə istifadə edilən resurslarla tanış olub, mərkəzin mütəxəssisləri ilə fikir mübadiləsi həyata keçiriblər.











