İnklüziv Təhsil Mərkəzi

ADU-nun müəllimi “DIR Floortime 101” təlimi üzrə beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova ICDL Mərkəzi “DIR Floortime 101” təlimi üzrə beynəlxalq sertifikata layiq görülüb. Qeyd edilib ki, təlimdə öncə spikerlə geniş müzakirə aparılıb.

Beynəlxalq dərəcəli təlimçi Egemen Nakışçı uşaqların inkişaf etdirilməsi prosesində beynəlxalq təcrübədə geniş istifadə olunan “Floortime” metodikasından danışıb, tətbiqinin əhəmiyyəti barədə statistikaya əsaslanan məlumatlar verib.

“Floortime” fəlsəfəsi əhatəli şəkildə açıqlanıb, metodikanın baza əsaslı nəzəri materialları auditoriyaya ötürülüb, konkret keyslərlə bağlı suallar cavablandırılıb.  

Təlimdən sonra əməkdaşlıq əlaqələri müzakirə edilib. Qeyd edək ki, xarici mütəxəssislərin iştirakı ilə görüşlərin keçirilməsi artıq ənənəyə çevrilib.