İnklüziv Təhsil Mərkəzi

ADU-nun müəllimləri Təcrübə mübadilə proqramına başlayıblar

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müdiri dos.N. Zeynalova və bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universitetində Təcrübə mübadilə proqramına başlayıblar.

Proqramın ilk gününün birinci yarısında Ege Universitetinin Eğitim fakültəsinin dekanı Osman Fərda Bəytəkin ilə görüş keçirilib.

Görüşdə Türkiyə və Azərbaycanın müasir təhsil siyasəti müzakirə edilib, ikili diplom proqramlarının reallaşdırılması, dərsdinləmələrdə iştirak təmin olunub, magistratura səviyyəsi üzrə təhsil alan şəxslərlə tədqiqat üsulları mövzusunda müzakirələr aparılıb.

Günün ikinci yarısında məktəbəqədər təhsilin inkişafı tarixi barədə geniş məlumat verilib, məktəbəqədər təhsil üzrə mövcud proqramlar müzakirə olunub, Azərbaycanda tətbiq edilən proqramlarla müqayisələr aparılıb, təlim nəticələri qarşılaşdırılıb.

Qeyd edək, Təcrübə mübadilə proqramı mütəmadi olaraq davam etdirilir.