İnklüziv Təhsil Mərkəzi

Tələbələrə praktik bacarıqlar əldə etmələri məqsədilə fəaliyyət planı qurulub

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrası və "Buta" məktəbəqədər təhsil müəssisəsi arasında əldə olunmuş razılığa əsasən,  Təcrübə Proqramına cəlb olunan universitetin Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan tələbələrinə praktik bacarıqlar əldə etmələri məqsədilə fəaliyyət planı qurulub.

Qeyd edək ki, Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq Təcrübə Proqramı həyata keçirilir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.