İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində təlim proqramının üçüncü modulu keçirilib

“Birgə və Sağlam” İctimai Birliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanmış Memoranduma əsasən universitetin Məktəbəqədər təhsil və İbtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində təlim proqramının üçüncü modulu 6 mart tarixində baş tutub.

 

Birliyin əməkdaşları olan Gülşən Tağıyeva və Milana Həsənovanın təqdimatında “Oyunun uşaq inkişafında rolu” mövzusu müzakirə edilib. Görüş interaktiv şəkildə davam edib və iştirakçıların sualları cavablandırılıb.