İnklüziv Təhsil Mərkəzi

“İnteraktiv təlim üsulları” adlı təlim təşkil olunub

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının təşkilatçılığı ilə İbtidai sinif müəllimliyi ixtisasında tədris aparan müəllimlər üçün Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində “İnteraktiv təlim üsulları” adlı təlim təşkil olunub.

Təlimdə Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova giriş nitqi ilə çıxış edib. Pedaqogika kafedrasının baş müəllimləri- Gülnar Abdullayeva və Günay Seyidovanın spikerliyi ilə keçirilən təlimdə ibtidai sinif müəllimliyi ixtisasında tədris aparan müəllimlər fəal təlimin mahiyyəti, interaktiv təlim üsulları, təfəkküryönümlü və təxəyyülyönümlü iş üsulları, təxəyyülün 6 modifikasiyası, skamper üsulu, ibtidai sinif səviyyəsində öyrənənlərin idrak sferalarının inkişaf etdirilməsində skamper üsulunun əhəmiyyəti və s. mövzular üzrə geniş məlumatlar əldə edib, tədqiqat sualları əsasında müzakirələr aparıblar. Skamper texnikasının tətbiqi imkanları barədə iştirakçılarla fikir mübadiləsi, qrup fəaliyyəti həyata keçirilib. Təlimin yekununda iştirakçılar sertifikatla mükafatlandırılıb, spiker isə təşəkkürnamə ilə təltif olunub.