İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetində Evrika liseyi, Hədəf liseyi, Azərbaycan Avropa məktəbinin pedaqoji heyəti ilə görüş keçirilib

 

Azərbaycan Dillər Universitetində Evrika liseyi, Hədəf liseyi, Azərbaycan Avropa məktəbinin pedaqoji heyəti ilə görüş keçirilmişdir. Görüşdə ADU-nun rektor məsləhətçisi A.Osmanlı, Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri N.Aşurov iştirak etmişlər. Məzunların əmək bazarının tələblərinə uyğunluğu, mövcud peşə kompetensiyalarının rəqabətliliyinin yüksəldilməsində rolu, yuxarıda adları sadalanan təhsil müəssisələri ilə universitet arasındakı əməkdaşlıq əlaqələri, tələbələr üçün müxtəlif könüllülük, təcrübə proqramlarının hazırlanması, təşkili, tədris fənlərinin praktik bacarıqların qazandırılmasına təsiri və s. məsələlər müzakirə olunmuşdur. Qonaqlar bildirmişdir ki, Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübədə iştirakı, bilik və bacarıqlarının səviyyəsi onları qane etmiş, ötən illərdə olduğu kimi bu il də həmin təcrübəçilərdən gənc kadrların seçilməsinə artıq başlanılmışdır. ‎