İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində keçirilən təlim proqramının ikinci modulu olub

Azərbaycan Dillər Universiteti və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanmış Memoranduma əsasən universitetin Məktəbəqədər təhsil və İbtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində təlim proqramının ikinci modulu 28 fevral tarixində baş tutub.

Birliyin əməkdaşları olan Gülşən Tağıyeva və Milana Həsənovanın təqdimatında “Uşaqlıq dövrü psixopatologiyalar” mövzusu müzakirə edilib.

 Görüş interaktiv şəkildə davam edib və iştirakçıların sualları cavablandırılıb.