İnklüziv Təhsil Mərkəzi

“Uşaq və yeniyetmə inkişafı” mövzusunda təlimlər təşkil olunacaq

Azərbaycan Dillər Universiteti və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən ADU-nun Məktəbəqədər və İbtidai təhsil ixtisasları üzrə təhsil alan tələbələri və bir qrup müəllim heyəti üçün “Uşaq və yeniyetmə inkişafı” mövzusunda təlimlər təşkil olunacaq. Təqribən 20 saat davam edən təlim sessiyalarında uşaqların idraki, sosial inkişafı, yeniyetməlik dövrünün inkişaf xüsusiyyətləri, uşaq və yeniyetmələrdə tez-tez rast gəlinən patologiyalar, davranış problemləri və onların həlli yolları, cinsi tərbiyə və digər mövzular əhatə olunacaq. Təlimlər “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzi və “İnklüziv İnkişafa Dəstək Mərkəzi” Əlavə Təhsil Müəssisəsinin mütəxəssisləri tərəfindən aparılacaq. Təlimin sonunda iştirakçılara sertifikat veriləcək.