İnklüziv Təhsil Mərkəzi

Türkiyənin Necmettin Erbakan Universitetinin professoru ADU-da

ADU-nun Pedaqogika kafedrasının təşkilatçılığı Türkiyə Cümhuriyyətinin Necmettin Erbakan Universitetinin müəllimi Dosent. Dr.S.Barbaros Yalçının spikerliyi ilə "Səmərəli ünsiyyət bacarıqları" adlı seminar keçirilmişdir. 

Seminarda kommunikativ bacarıqların formalaşdırılması, ona təsir göstərən amillər baxımından qardaş ölkəylə ümumi olan cəhətlər vurğulamış, spesifik xüsusiyyətlər müqayisəli formada təhlil edilmişdir.

Seminar həm akademik heyət, həm də tələbələr üçün nəzərdə tutulmuşdur.

Yekunda iştirakçılar sertifikatla mükafatlandırılmış, spiker isə təşəkkürnaməyə layiq görülmüşdür.

Qeyd edək ki, Pedaqogika kafedrasının təşkilatçılığı ilə silsilə tədbirlərin, təlim və seminarların müntəzəm şəkildə keçirilməsi davam edəcəkdir.