“Stressin idarə olunması" adlı seminar keçirilib
“Stressin idarə olunması" adlı seminar keçirilib.
ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "Stressin idarə olunması" mövzusunda seminar təşkil olunmuşdur.
Seminar psixoloq-kouç Z.Əsədovanın spikerliyi ilə reallaşdırılmışdır.
Təqdimat zamanı stressin yaranma səbəbləri barədə geniş məlumat verilmiş, onun aradan qaldırılması yollarından bəhs edilmiş, tələbələrin sualları cavablandırılmış, açıq müzakirə təşkil olunmuşdur.