İnklüziv Təhsil Mərkəzi

ADU-nun tələbələri Dünya Erqoterapiya Gününə həsr olunmuş təcrübə proqramında iştirak edirlər.

ADU-nun tələbələri Dünya Erqoterapiya Gününə həsr olunmuş təcrübə proqramında iştirak edirlər.

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə universitetin Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələri Dünya Erqoterapiya Gününə həsr olunmuş təcrübə proqramına qoşulmuşlar.

Təcrübə proqramı "Tandem Ailəyə Dəstək Mərkəzi"nin dəstəyi ilə həyata keçirilir.

Təcrübə müddətində tələbələr Erqoterapiya, Loqopediya, Xüsusi pedaqogika üzrə universitetdə qazandıqları nəzəri bilikləri təkmilləşdirəcək, SİM şəxslərlə işləmək üçün səmərəli mühitin təşkili, fərdi proqramın hazırlanması, diaqnostikanın aparılması ilə bağlı praktik bacarıqlar əldə edəcəklər.