İnklüziv Təhsil Mərkəzi

Ergoterapiya fənninin praktik hissəsini xarici mütəxəssislər həyata keçirir

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi ilə ölkənin keyfiyyətli reabilitasiya xidmətləri təklif edən müəssisələri arasında əldə olunmuş razılığa əsasən, Ergoterapiya fənninin praktik hissəsi xüsusi dəvətli yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Qeyd olunub ki, növbəti mərhələdə isə fənnin təcrübə hissəsinin tədrisi məhz reabilitasiya mərkəzlərində nəzərdə tutulub.

Ergoterapiya fənni ölkəmizdə ilk dəfə olaraq ADU-nun Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrinə Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova tərəfindən tədris edilir.

Ergoterapiyada başlıca məqsəd şəxsin tədricən daha keyfiyyətli, müstəqil yaşamasını və ya bacara bildiyi qədər müstəqil, yaxud yarımmüstəqil şəkildə həyata uyğunlaşmasını təmin etməkdir.