İnklüziv Təhsil Mərkəzi

ADU- da müştərək dərs təşkil olunub

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova və disleksiya mütəxəssisi Ü.Qasımovanın müştərək dərsi təşkil olunmuşdur. "Disleksiyanın fərqindəyik" mövzusu istiqamətində geniş müzakirə aparılmış, inklüziv təhsil sahəsində görülmüş işlər, perspektivlər barəsində ətraflı məlumat verilmişdir.

 

Bugünki qonağımız Ü.Qasımova "Disleksiya dərəcə çalışmaları" kitabının müəllifi və praktik fəaliyyət göstərən təlimçidir. O, ADU ilə sıx əməkdaşlıq edir, universitetdə disleksiya ilə bağlı seminarların təşkil olunmasında öz dəstəyini göstərir.

 

Qeyd edək ki, Korreksiyaedici təlim ixtisası üzrə müştərək dərslərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Dərslərin əsas müəllim və qonaq qismində dəvət olunmuş mütəxəssislərlə birlikdə tədrisi həm tələbələrin öyrənmə tələbatını qarşılayır, həm də onları praktik fəaliyyətə hazırlayır, əmək bazarında keyfiyyətli rəqabət aparmağa zəmin yaradır.