İnklüziv Təhsil Mərkəzi

Türkiyəli professor ADU-nun qonağı olub

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Necmettin Erbakan Universitetinin Təhsil fakültəsinin professoru  Prof.Dr.Barbaros Yalçın ADU-nun qonağı olub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə qonağla əməkdaşlıq əlaqələri, qardaş dövlətin ali təhsil müəssisələri arasındakı qarşılıqlı təcrübə mübadiləsi imkanları, həmçinin xüsusi təhsil üzrə mütəxəssis hazırlığı, xüsusi istedadlı şəxslərlə işin təşkili istiqamətləri və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, prof.Dr. Barbaros Yalçın yaxın günlərdə seminarla həm akademik heyət, həm də tələbə kollektivimiz qarşısında çıxış edəcək, bilik və təcrübələrini bölüşəcək.