İnklüziv Təhsil Mərkəzi

“Məktəblinin dostu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin və Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin birgə əməkdaşlığı ilə “İnklüziv təhsil” adlı tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi, İnklüziv Təhsil Mərkəzinin təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova və Azərbaycan Dillər Universitetinin I kurs magistrantı Gülüzə Mehdiyeva çıxış ediblər.

Tədbir zamanı, həmçinin İnklüziv təhsilin tarixi, inkişaf yolları və inklüziv təhsilin təşkili ilə bağlı məsələlər də müzakirə olunub.