İnklüziv Təhsil Mərkəzi

ADU-da "Davranış pozuntusu olan, emosional və sosial ehtiyaclı şagirdlərlə işin təşkili" mövzusunda təlim keçirilib

Bu gün Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində kafedranın müəllimi Günay Seyidovanın spikerliyi ilə "Davranış pozuntusu olan, emosional və sosial ehtiyaclı şagirdlərlə işin təşkili" mövzusunda təlim keçirilmişdir. 
 
Seminar "Leykamiya ilə mübarizə" İctimai Birliyinin könüllüləri və valideynlər üçün nəzərdə tutulmuşdur. 
 
Təlimdə davranış pozuntularının növləri, yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında məlumat verilmişdir.
 
Seminarda iştiraklar arasında müzakirələr aparılmış, fikir mübadiləsi həyata keçirilmişdir.