İnklüziv Təhsil Mərkəzi

ADU-nu tələbələri tərəfindən "Autizmli şəxslərlə bir gün" adlı layihə reallaşıb

  Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimovanın təşəbbüsü ilə Təhsil 2 fakültəsinin 223 a qrupunun tələbələri "Autizmli şəxslərlə bir gün" adlı layihə irəli sürmüş və uğurla reallaşdırmışlar.
 
Tələbələr "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini, Kaşalata kafeni ziyarət etmiş, mərkəzin, emalatxananın autizmli üzvləri ilə yaxından tanış olmuş, onlarla maraqlı gün keçirmişlər. 
 
Layihənin məqsədi tələbələrin autizmli həmyaşıdları ilə ünsiyyətini tənzimləmək və autizmlə şəxslərə düzgün münasibət aşılamaqdan ibarətdir.