İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən aprel – dünya autizm maarifləndirmə ayı çərçivəsində “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər həyata keçirilir.

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən aprel – dünya autizm maarifləndirmə ayı çərçivəsində “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Həmin tədbirlərin məqsədi ictimaiyyəti autizm spektr pozuntusu haqqında məlumatlandırmaq və autizmli şəxslərə düzgün münasibət aşılamaqdır.
 
Tədbirlər çərçivəsində 7 aprel 2023-cü il tarixdə saat 11:30-da Azərbaycan Dillər Universitetində seminar təşkil ediləcəkdir. Seminarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri və İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.Nigar Zeynalova və "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin mütəxəssisi Şəbnəm Əfəndiyeva autizmli şəxslərin davranış xüsusiyyətləri, onların təhsilinə düzgün yanaşma və ailələrə dəstək mövzusunda geniş təqdimatla çıxış edəcəklər.
 
Arzu edənlər seminarda iştirak üçün qoşula bilər.