İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə "Xüsusi uşaqlar - xüsusi yanaşmalar" adlı ikimodullu təlim keçiriləcəkdir.

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə "Xüsusi uşaqlar - xüsusi yanaşmalar" adlı ikimodullu təlim keçiriləcəkdir.
 
Təlimin ADU-nun İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.N.Zeynalova ilə Nitq İnkişaf Mərkəzinin rəhbəri defektoloq-loqoped Esmira Kazımova arasındakı razılaşmaya əsasən reallaşdırılması nəzərdə tutulmuşdur.
 
Təlimin sonunda iştirakçılara Azərbaycan Dillər Universiteti tərəfindən təsdiqlənmiş sertifikat təqdim ediləcəkdir.
 
"Xüsusi uşaqlar - xüsusi yanaşmalar" adlı təlim iki modul üzrə keçiriləcəkdir:
 
1-ci modul üzrə
• Xüsusi təhsil milli və beynəlxalq müstəvidə 
• Xüsusi təhsildə tədris olunan fənlər və onların metodikası
• Nitq qüsurları və loqopedik yoxlanış
 
2-ci modul üzrə
• İnklüziv təhsil milli və beynəlxalq müstəvidə
• Uşaqlarda fiziki inkişaf göstəriciləri
• Görmə məhdudiyyətli uşaqlarla korreksiya işi
 
Yerlər məhduddur.
 
Təlim ödənişli əsaslarla təşkil olunacaqdır.
 
Təlimə qatılmaq üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
 
Təlim Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binası, Təbriz küçəsi 81 ünvanında keçiriləcəkdir.
 
Xüsusi təhsilə marağı olan hər kəs seminara qatıla bilər.
16 və 18 mart saat 14:00-18:00-da sizi gözləyirik.
Universitet tərəfindən təsdiqlənmiş sertifikat təqdim olunacaq.
Material ödənişə daxildir.