İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə 16 fevral 2023-cü il tarixində saat 14:00-da "açıq qapı" keçirilmişdir.

Qonaqlar öncə ali təhsil müəssisəsindəki yeniliklərlə tanış olmuş, sonra isə Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos. N.Zeynalovanın "İnklüziv Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri" adlı mövzu ilə təqdimatla çıxış etmiş, qonaqları məlumatlandırmışdır.
 
Nitq İnkişaf Mərkəzinin rəhbəri loqoped Esmira Kazımovanın spikerliyi ilə keçirilən "Uşaqlarda nitq problemləri və korreksiya yolları" adlı seminar da iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
 
Yekunda auditoriyada müzakirə təşkil olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.