İnklüziv Təhsil Mərkəzi

ADU-nun İnklüziv Təhsil Mərkəzi diaqnostika işləri aparır

ADU-nun İnklüziv Təhsil Mərkəzi və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri 08 fevral 2023-cü il tarixində Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin pedaqoji heyətinə təlimlər vermiş, həmin bölgə üzrə sağlamlıq məhdudiyyəti və inkişaf problemləri olan uşaqlarla diaqnostika işləri aparmışdır.
 
Seminar iştirakçıları sertifikatla mükafatlandırılmış, inkişaf dəyərləndirməsi aparılan uşaqların fəaliyyət planları hazırlanmış, davamlı monitorinqin həyata keçirilməsi məqsədilə tərbiyəçi, müəllim, valideynlərin mütəxəssislərlə əməkdaşlığının davam etdirilməsi nəzərdə tutulmuşdur.
 
Seminar və dəyərləndirmədə iştirak edən mütəxəssislər təşəkkürnamə ilə təltif olunmuşlar.
 
Qeyd edək ki, ADU əməkdaşları dos.N.E.Zeynalova, S.M.İbrahimova, G.A.Seyidova, ADU və İTM ilə sıx əməkdaşlıq edən Nitq İnkişaf Mərkəzinin rəhbəri, defektoloq-loqoped E.R.Kazımova, psixoloq L.İ.İftixarlının seminar və dəyərləndirməsi Azərbaycan Dillər Universiteti və Biləsuvar rayonunda yerləşən Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi arasında imzalanmış memoranduma əsasən həyata keçirilmişdir.