İnklüziv Təhsil Mərkəzi

Türkiyənin Necmettin Erbakan Universitetinin Təhsil fakültəsinin professorları Prof.Dr.Hasan Yılmaz və Prof.Dr.Coşkun Arslan Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində təşkil olunmuş görüşdə iştirak etmişlər.

Türkiyənin Necmettin Erbakan Universitetinin Təhsil fakültəsinin professorları Prof.Dr.Hasan Yılmaz və Prof.Dr.Coşkun Arslan Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində təşkil olunmuş görüşdə iştirak etmişlər. Görüş çərçivəsində əməkdaşlıq əlaqələri, qardaş dövlətlərin təhsil müəssisələri arasındakı qarşılıqlı təcrübə mübadiləsi imkanları, məktəbəqədər, ibtidai təhsil səviyyələri, həmçinin xüsusi təhsil üzrə mütəxəssis hazırlığı məsələləri müzakirə olunmuşdur.