İnklüziv Təhsil Mərkəzi

"Həqiqətin onomastikası" - "The Onomastics of the truth"

"Həqiqətin onomastikası" - "The Onomastics of the truth"

“Həqiqətin onomastikası” kitabı ingilis dilində - "The Onomastics of the truth" nəşr edilmişdir.

Kitab indiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunmuşdur.

Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə "Həqiqətin onomastikası" - "The Onomastics of the truth" adlı kitab hazırlanaraq nəşr edilmişdir.

Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunmuşdur.

"Həqiqətin onomastikası" - "The Onomastics of the truth" kitabının ideya müəllifi akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır. Kitabın ingilis dilinə tərcüməçiləri ADU-nun dosenti Fialə Abdullayeva, baş müəllimlər Təranə Məmmədova, Aygün Xəlilova və Aygün Hacıyevadır.

Qeyd edək ki, kitabın rus dilində nəşri də nəzərdə tutulmuşdur.