İnklüziv Təhsil Mərkəzi

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə növbəti görüş baş tutmuşdur.

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə növbəti görüş baş tutmuşdur.
 
Tədbirdə Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, Nitq inkişafı Mərkəzinin rəhbəri E.Kazımova, həmçinin universitetin müəllim heyəti və tələbələri iştirak etmişdir. 
 
ADU-da inklüziv təhsil sahəsində görülən işlər, həyata keçirilən proqramlar, təşkil olunan seminar və təlimlər barədə məlumat verilmiş, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini vurğulanmışdır.
 
Əldə olunmuş razılığa əsasən silsilə seminarların keçirilməsi nəzərdə tutulmuşdur.