İnklüziv Təhsil Mərkəzi

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində 2 noyabr 2022-ci il tarixində Təhsil I fakültəsinin Korreksiyaedici təlim və Təhsil II fakültəsinin Məktəbəqədər təhsil və İbtidai sinif müəllimliyi ixtisaslarında təhsil alan tələbələri üçün “Disleksiya – öyrənmə çətinliyi” adlı təlim keçirilmişdir.

ADU-nun  Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində 2 noyabr 2022-ci il tarixində Təhsil I fakültəsinin Korreksiyaedici təlim və Təhsil II fakültəsinin Məktəbəqədər təhsil və İbtidai sinif müəllimliyi ixtisaslarında təhsil alan tələbələri üçün “Disleksiya – öyrənmə çətinliyi” adlı təlim keçirilmişdir. Təlimin spikeri qismində disleksiya üzrə mütəxəssis Ülviyya Qasımova çıxış etmişdir. O, disleksiya, onun yaranma səbəbləri, əlamətləri və korreksiyası haqqında təlim iştirakçılarını məlumatlandırmış, müəllifi olduğu “Disleksiya dərəcə çalışmaları” adlı kitabından müxtəlif tapşırıqları tələbələrlə birgə interaktiv şəkildə işləmişdir.
 
Yekunda tələbələrlə geniş fikir mübadiləsi təşkil olunmuş, onları maraqlandıran suallar cavablandırılmışdır.
 
Tədbirin sonunda dos.N.Zeynalova öyrənmə çətinliklərinin müasir dövrdəki artım tendensiyasına diqqəti yönəltmiş, cəmiyyətin bu mövzuya xüsusi həssaslıq göstərməsinin zəruriliyini vurğulamışdır.
 
Qeyd edək ki, xüsusi təlim ehtiyaclarına malik şəxslərin təhsilinin təşkili məsələsinə qayğı ilə yanaşan ADU son bir ildə mütəxəssislər və tələbələr üçün keçirilən seminarların təşəbbüskarı olmuş, fərqli fərdlərin cəmiyyətə inteqrasiyası istiqamətində uğurlu addımlar atmışdır. 
 
İnklüziv Təhsil Mərkəzində  müəllimlər üçün disleksiya ilə bağlı növbəti təlimin təşkili planlaşdırılır.