İnklüziv Təhsil Mərkəzi

Bugün Azərbaycan Dillər Universiteti və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “Xüsusi istedadlılar” (Üstün Yetenekliler) adlı vebinar keçirilmişdir.

Bugün Azərbaycan Dillər Universiteti və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “Xüsusi istedadlılar” (Üstün Yetenekliler) adlı vebinar keçirilmişdir.
 
Vebinarın  moderatoru Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova öncəliklə iştirakçıları salamlamış və qardaş Türkiyəni təmsil edən mütəxəssislərə minnətdarlığını bildirmiş, sonra isə çıxış üçün estafeti türk spikerlərə ötürmüşdür.
 
Türkiyənin Hacettepe Universitetinin əməkdaşı prof.Eda Gürlen, Sivas Cümhuriyyət Universitetinin əməkdaşı Alev Orhan, Sivas Cümhuriyyət Universitetinin əməkdaşı dos.Hakan Sarıçam mövzu ilə bağlı çıxış etmiş, xüsusi istedadlı uşaqların xüsusiyyətləri, kateqoriyaları, ölçmə və dəyərləndirmə testləri, iş üsulları barədə məlumatlar vermişlər. Türk təqdiqatçılarla azərbaycanlı iştirakçılar arasında maraqlı müzakirə təşkil olunmuşdur.
 
Vebinar ödənişsiz əsaslarla həyata keçirilmişdir.
 
İştirakçılar sertifikatla mükafatlandırılmışdır.