İnklüziv Təhsil Mərkəzi

Bugün ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "Erkən yaş dövrü. Məktəbəqədər təhsil" adlı təlim kursunu uğurla yekunlaşdıran mütəxəssislərin sertifikatlarının təqdimetmə mərasimi təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə açan 
ADU-nun Pedaqogika kafedrasının müdiri dos. N.Zeynalova çıxışında məktəbəqədər təhsilin əhəmiyyətindən, erkən yaş dövrünün spesifik xüsusiyyətlərindən bəhs etmiş, hazırda ölkəmizdə bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin keyfiyyətindən danışmış, son illərdə sahə üzrə görülən işləri dəyərləndirmiş, iştirakçılara uğurlar arzulamışdır. 
 
Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzində davamlı şəkildə təlimlər təşkil olunur, həmçinin universitetin tələbə kongintentinin təlim ehtiyaclarının ödənilməsi istiqamətində iş aparılır.