İnklüziv Təhsil Mərkəzi

Bugün ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilmişdir.

Bugün ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə "İnklüziv təhsilin təşkili" mövzusunda təlim keçirilmişdir.
ADU-nun Pedaqogika kafedrasının müəllimləri təlimdə spiker olaraq çıxış etmişlər.
Təlimin başlıca məqsədi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərməkdən ibarətdir.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunacaqlar.
Silsilə təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulmuşdur.