İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində (CİNE) “Könüllü Proqramı” çərçivəsində “Loqopediyanın dəyərləri” və “Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası” mövzularında təlim keçirilib

İnklüziv Təhsil Mərkəzində (CİNE) “Könüllü Proqramı” çərçivəsində “Loqopediyanın dəyərləri” və “Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası” mövzularında təlim keçirilib

                ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində (CİNE) Könüllü Proqramı çərçivəsində növbəti təlim keçirilmişdir. Təlimdə pedaqogika üzrə fəlsəfə doktoru, ARTİ-nin Xüsusi və inklüziv təhsil üzrə baş mütəxəssisi Lalə İmanova “Loqopediyanın dəyərləri”, “Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış etmiş, auditoriya ilə interaktiv müzakirə qurmuş, könüllülərlə fikir mübadiləsi aparmışdır.

Müasir dövrdə SİM uşaqların,  nitq qüsurları ilə mübarizə aparan şagirdlərin artım tendensiyasını nəzərə alsaq, bu mövzuda təlimlərin təşkili, müzakirələrin həyata keçirilməsi böyük aktuallıq daşıyır.