İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində (CINE) “Könüllü Proqramı” çərçivəsində “Motivasiya sistemləri” mövzusunda təlim keçirilib

İnklüziv Təhsil Mərkəzində (CINE)  “Könüllü Proqramı” çərçivəsində “Motivasiya sistemləri” mövzusunda təlim keçirilib

                ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində (CİNE) Könüllü Proqramı çərçivəsində növbəti təlim keçirilmişdir. Təlimdə “Birgə və Sağlam” İctimai Birliyinin Təhsil işləri üzrə müdir müavini psixoloq Şəbnəm Əfəndiyeva “Motivasiya sistemləri” mövzusunda auditoriyaya geniş məlumat vermiş, könüllülərlə interaktiv ünsiyyəti tənzimləyərək müzakirələr aparmış, müxtəlif oyunlar keçirərək təlimi daha maraqlı, öyrədici formada davam etdirmişdir.