İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində (CINE) TAIM-in rəhbəri İlkin Həsənovla görüş keçirilmişdir

İnklüziv Təhsil Mərkəzində (CINE) TAIM-in rəhbəri İlkin Həsənovla görüş keçirilmişdir

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində TAIM-in rəhbəri İlkin Həsənovla görüş keçirilmişdir. Görüşdə ADU-nun Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova, Əlavə təhsil və təcrübə şöbəsinin müdiri Məmməd İsmayılov, Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova iştirak etmişdir. Tərəflər müasir dövrdə ölkəmizdə Pedaqogikanın bir fənn kimi tədrisinin əhəmiyyəti, mövcud dərsliklərin keyfiyyəti, müəllim hazırlığında tərbiyənin rolu, MİQ hazırlığında universitetlərin mövqeyi, xüsusi təhsil ehtiyyaclarına malik olan uşaqlarla işin təşkilində pedaqoqun kompetensiyalılığı, ümumtəhsil məktəblərinin korreksiya siniflərində təlimin təşkili və əməkdaşlıq məsələləri müzakirə edilmişdir. O cümlədən, təhsilin müxtəlif istiqamətlərində maariflənndirmə işlərinin həyata keçirilməsində birgə fəaliyyət planının hazırlanması razılığına gəlinmişdir.