İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində (CINE) “Könüllü Proqramı” çərçivəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tibbi reabilitasiyanın təşkili” mövzusunda təlim keçirilib

İnklüziv Təhsil Mərkəzində (CINE)  “Könüllü Proqramı” çərçivəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tibbi reabilitasiyanın təşkili” mövzusunda təlim keçirilib

            ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində Könüllü Proqramı çərçivəsində növbəti təlim keçirilmişdir. Təlimin spikeri Gülzar Allahverdiyeva “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tibbi reabilitasiyanın təşkili” mövzusunda auditoriyaya geniş məlumat vermiş, könüllülərlə interaktiv ünsiyyəti tənzimləyərək müzakirələr aparmış, iş presesini dörd yaşlı uşağın və on beş yaşlı yeniyetmənin üzərində göstərərək əyaniliyi qorunmuşdur.

Məlumat üçün bildiririk ki, seminarda 50 nəfərdən çox könüllü iştirak etmişdir. Onların hər birinin peşəkarlığının artırılmasının qayğısına qalan İnklüziv Təhsil Mərkəzi gələcəkdə də bu istiqamətdə təlimlərin keçirilməsini nəzərdə tutur. Qeyri-tipik inkişaf xüsusiyyətlərinə malik uşaqların sayının ilbəil artması təşkil edilən fəaliyyətin önəmini bir daha vurğulayır. Nəzərə alsaq ki, könüllülərin hər biri ölkəmizin müxtəlif regionlarında fəaliyyətini davam etdirəcək, sağlam nəsilin yetişməsinə öz töhfəsini verəcək, onda aparılan işin əhəmiyyəti daha dərindən qiymətləndirilməlidir.