İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində (CINE) “Könüllü Proqramı” çərçivəsində “Əlilliyə yanaşma” mövzusunda təlim keçirilib

İnklüziv Təhsil Mərkəzində (CINE) “Könüllü Proqramı” çərçivəsində “Əlilliyə yanaşma” mövzusunda təlim keçirilib

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində Könüllü Proqramı çərçivəsində növbəti təlim keçirilmişdir. “Əlilliyə yanaşma” adlı təlimin spikeri Gülnar Abbasova mövzu ilə bağlı geniş məlumat təqdim etmiş, əlilliyə tarixi baxış, tibbi və sosial model, əlilliyin terminologiyası yarımsərlövhələri altında şərhlər vermiş, iştirakçıların suallarını cavablandırmışdır. Qeyd edək ki, G.Abbasova ADU-da bakalavriatura, Türkiyənin Hacettepe Universitetində isə magistratura səviyyəsi üzrə təhsil almışdır.