İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzində (CINE) “Könüllü Proqramı” çərçivəsində “Autizm Spektr Pozuntulu şəxslərin bərpa prosesində fəaliyyət cədvəlləri və replikalı tədris metodlarının istifadəsi” mövzusunda təlim keçirilmişdir

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil Mərkəzi”ndə “Birgə və Sağlam” İB ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində Türkiyənin SOBE Vəqfinin təhsil direktoru Alperen Sağdıç tərəfindən “Autizm Spektr Pozuntulu şəxslərin bərpa prosesində fəaliyyət cədvəlləri və replikalı tədris metodlarının istifadəsi” mövzusunda təlim keçirilmişdir.

Təlimdə ADU-nun və digər təhsil müəssisələrinin müəllim-tələbə heyəti, həmçinin respublikada fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin əməkdaşları iştirak etmişdir. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirdən sonar ADU-nun əməkdaşları, “Birgə və Sağlam” İctimai Birliyinin rəhbərliyi və Türkiyəli mütəxəssis Alperen Sağdıç arasında “Korreksiyaedici təlim” ixtisası üzrə kadr hazırlığı, mövcud problemlər, tərəflərarası əməkdaşlıq müzakirə olunmuşdur.