İnklüziv Təhsil Mərkəzi

İnklüziv Təhsil Mərkəzi (CİNE) ilə “Qayğı-Sağlam Nəsil Naminə” İB arasında anlaşma memorandumu imzalanmışdır

İnklüziv Təhsil Mərkəzi (CİNE) ilə “Qayğı-Sağlam Nəsil Naminə” İB arasında anlaşma memorandumu imzalanmışdır

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi (CİNE) ilə “Qayğı-Sağlam Nəsil Naminə” İB arasında anlaşma memorandumu imzalanmışdır. Razılaşmaya əsasən könüllülük proqramlarının, korreksiyaedici təlim ixtisasında təhsil alan tələbələr üçün təcrübələrin təşkili, təhsil səviyyələri üzrə xüsusi pedaqogikasahəsində tədqiqat movzularının müəyyənləşdirilməsi, dərslik, dərs vəsaitlərinin hazırlanması və aktuallıq daşıyan digər istiqamətlərdə birgə fəaliyyətin qurulması, əməkdaşlıq əlaqələrinin tənzimlənməsi nəzərdə tutulmuşdur.